Martın 9-da Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 21 204 nəfər vaksinasiya olunub.
Bu barədə KONKRET.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd olunub ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 428 635 nəfər peyvəndlənmə prosesində iştirak edib:
“Vaksinasiya bütün rayonlarda uğurla davam etdirilir”.
