Azərbaycanda peyvənd olunanların sayı açıqlandıbackend

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda bu gün 23 538 nəfər vaksinasiya olunub.

KONKRET.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 956, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 582 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 177 087, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 758 275, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 418 812 nəfər təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*