Azərbaycanda qəribə oğurluq – VİDEObackend

Azərbaycanda qəribə oğurluq - VİDEO

Bakıda zibil qutularından oğurluq edilib.

KONKRET.az Kommersant.az-a istinadən xəbər verir ki, ötən gecə saat 03:30 radələrində Bakı şəhəri Xətai rayonu ərazisində oğurluq hadisəsi müşahidə olunub. Belə ki, furqon tipli maşında olan oğrular şəhərin əksər bölgələrində yerləşdirilmiş tullantı geyimlərin geri dönüşümü üçün nəzərdə tutulmuş qutuları “boşaldıblar”. Qeyd edək ki, oğrular ərazidəki bütün qutuları tək-tək gəziblər. Oğurluq zamanı qutulara da zərər verən şəxslərin kimliyi bilinmir. Zənnimizcə, sözügedən tullantılar ikinci əl paltarların satıldığı mağazalarda satışa çıxarılmaq üçün oğurlanır. Son günlər ölkəmizdə oğurlu və cinayət əməllərinin sayının artması da diqqət çəkən başqa bir məqamdır.

Qeyd edək ki, geri dönüşüm qutuları “Green Recycl” şirkətinə məxsusdur və 2021-ci ildə əsası qoyulan “Təmiz şəhər” ASC- nin layihəsdir.

Hadisə ilə bağlı videogörüntünü təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*