backend

Azərbaycanda şirkət əməkdaşı maşını daş hasara çırpdı, dayısı öldü

İsmayıllı rayonunda ölümlə nəticələnən yol qəzası olub.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Kürdmaşı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, “Aznar” MMC-də mühafizəçi işləyən, 1989-cu il təvəllüdlü İlqar Bağırlı sərxoş vəziyyətdə idarə etdiyi “Fiat” markalı avtomobili daş hasara çırpıb.

Nəticədə avtomobildə olan dayısı, 1963-cü il təvəllüdlü Mahir Osmanov hadisə yerində ölüb.

Faktla bağlı İsmayıllı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (sərxoş vəziyyətdə yol istismar qaydasını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*