Azərbaycanda “TikTok” və “Telegram” bloklanıb? – RƏSMİ AÇIQLAMAbackend

Azərbaycanda “TikTok” və “Telegram” bloklanıb? - RƏSMİ AÇIQLAMA

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkədə sosial şəbəkələrdən istifadəyə məhdudiyyət qoyulması, o cümlədən “TikTok” və “Telegram”ın bloklanması ilə bağlı iddialara münasibət bildirib.

KONKRET.az-ın məlumatına görə, nazirlikdən bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Nazirlik heç bir internet resursuna məhdudiyyət qoymayıb”, – deyə qurum bəyan edib.

Xatırladaq ki, son günlər Azərbaycanla Ermənistan arasında baş verənlərlə bağlı TikTok” və “Telegram”ın bloklanmasına dair məlumatlar yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*