Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı – Karantini pozubbackend

Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı - Karantini pozub

Bərdə rayon müalicə diaqnostika mərkəzinin direktoru (baş həkimi) tutduğu vəzifədən azad edilib.

KONKRET.az report-a istinadən xəbər verir ki, Qarabağ mərkəzinin verdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Belə ki, Həsən Fərman oğlu Hüseynov direktor vəzifəsindən azad edilib. H.Hüseynovun yerinə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, onun işdən çıxarılmasına səbəb karantin qaydalarına əməl etməməsi olub. Diaqnostika mərkəzində bir neçə tibb işçisi COVID-19-a yoluxub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*