Azərbaycanda yağların qiyməti kəskin artdıbackend

Azərbaycanda yağların qiyməti kəskin artdı

Son aylarda yağların qiymətində artım müşahidə olunub.

KONKRET.az Xəzər TV-yə istinadən məlumat verir ki, istər kərə, istərsə də duru yağların qiymətində bahalaşma var.

Bir-iki ay əvvəl 19 manat 30 qəpiyə təklif edilən 1 kiloqramlıq kərə yağı hazırda 22 manat 90 qəpikdir.

Satıcıların sözlərinə görə, təkcə yanvar ayı ərzində qiymətlər 5-6% artıb.

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, Dünya Ərzaq Təşkilatının qiymət indeksinə nəzər saldıqda məlum olur ki, ötən ilin dekabr ayı istisna olmaqla, 14 ay ərzində yağların qiymətində artım müşahidə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*