Azərbaycanda yalnız sertifikat alanlar bələdçi kimi fəaliyyət göstərə biləcəkbackend

Azərbaycanda yalnız sertifikat alanlar bələdçi kimi fəaliyyət göstərə biləcək

“Turizm haqqında” qanun layihəsi qəbul olunduqdan sonra Azərbaycanda yalnız sertifikat almış bələdçilər bu fəaliyyət növü ilə məşğul ola biləcəklər.

KONKRET.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) həmtəsisçisi, Ümumdünya Turizm Bələdçiləri Assosiasiyalar Federasiyasının beynəlxalq təlimçisi Səkinə Əsgərova deyib.

Onun sözlərinə görə, “Turizm haqqında” qanun layihəsi hələ qüvvəyə minmədiyindən bələdçilərə sertifikatlar və şəhadətnamələr onlar üçün keçirilən təlimin nəticəsi olaraq verilir:

“Lakin “Turizm haqqında” qanun layihəsi qəbul olunduqdan sonra bu sertifikatların həm də hüquqi qüvvəsi olacaq. Həmin sertifikatlara əsasən, onlar Azərbaycan daxilində turizm bələdçisi kimi fəaliyyət göstərə biləcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*