“Azərbaycanda yeganə aparıcı qüvvə cənab İlham Əliyevdir, qalan hamısı…” – Araz Əlizadəbackend

"Azərbaycanda yeganə aparıcı qüvvə cənab İlham Əliyevdir, qalan hamısı..." - Araz Əlizadə

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, keçmiş deputat Araz Əlizadə yerli medianın suallarını cavablandırıb.

KONKRET.az partiya sədrinin oxu.az-a verdiyi müsahibəni təqdim edir:

– Araz müəllim, son zamanlar mətbuatda demək olar ki, sizin simanızı görmürük, fikirlərinizə rast gəlmirik. Özünüzmü kənara çəkilmisiniz və ya yorulmusunuz? Bəlkə jurnalistlər sizə müraciət etmir?

– Özüm jurnalistlərə zəng edəsi deyiləm ki!

– Partiyanızın durumu necədir?

– Partiyamızın qərargahından yuxarı mərtəbədə qadın məsləhətxanası var. Oradan qərargahımıza su axıtmışdılar. Hazırda partiyanın iqamətgahını təmir edirik. Digər işlər isə adi qaydada gedir.

– Öz hesabınıza təmir etdirirsiniz?

– Xeyr. Təmiri suyu axıdan edir.

– Gündəmi izləyirsiniz?

– Məni müxtəlif media orqanları efirə dəvət edir. Kimsə zəng edəndə müsahibə verirəm.

– Artıq sizin partiya parlament partiyası deyil və dövlət büdcəsindən vəsait almırsınız. Bəs partiyanın xərclərini necə qarşılayırsınız?

– Bizim partiya cəmi 5 il – mən deputat olduğum müddətdə dövlətdən maliyyə alıb. Deputat olmamışdan qabaq, partiyamız necə dolanıbsa, indi də elə dolanır.

– Heç siyasətdən getməyi düşünürsünüz?

– Xeyr, mən siyasətdən niyə getməliyəm ki?!

– Elə hesab edirsinizmi ki, siz və partiyanız Azərbaycan siyasətində aparıcı qüvvədir?

– Azərbaycanda yeganə aparıcı qüvvə cənab Prezident İlham Əliyevdir. Qalanları hamısı öz imkanları çərçivəsində fəaliyyət göstərirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*