backend

Azərbaycanda yeni fond yaradılır? - Nazir müavini

İnnovasiyalar istənilən ölkənin dayanıqlı iqtisadi inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan da iqtisadi inkişaf üzrə prioritet tapşırıqlar paketinə innovasiyaların hazırlanması və tətbiqini daxil edib.

KONKRET.az xəbər verir ki,, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Vorld Net Summit” onlayn konfransı çərçivəsində keçirilən “Hökumətə müraciət” tədbirində bildirib.

Nazir müavini qeyd edib ki, Azərbaycan IT sahəsini, o cümlədən innovasiyaları fəal inkişaf etdirir:

“Biz IT və innovasiyalar sahəsinə investorların cəlb olunması, o cümlədən öz startaplarımızın təkmilləşdirilməsi üçün şərait yaratmağa çalışırıq. Bizim bu sahədə dəqiq müəyyən edilmiş hədəflərimiz, eləcə də bu istiqamətdə fondun yaradılması ilə bağlı planlarımız var. Bu fond startapçılar və onların layihələri üçün böyük imkanlar yaradacaq”.

Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*