Hazırda Azərbaycanın qiymətli kağızlar bazarında 11 investisiya şirkəti fəaliyyət göstərir ki, bunlardan da 5-i fiziki şəxslərə məxsusdur.
KONKRET.az xəbər verir ki, söhbət “CPM-İnvest İnvestisiya Şirkəti” və “MFX-Trading İnvestisiya Şirkəti” ASC-lərdən, eləcə də “AzFinance İnvestisiya Şirkəti”, “İnvest-Az İnvestisiya Şirkəti” və “PSG-Kapital İnvestisiya Şirkəti” QSC-lərdən gedir.
Qalan 6 investisiya şirkəti isə hüquqi şəxslərə məxsusdur. Bunlardan 4-nün – “BTB Kapital” və “Unicapital” ASC-lərin, eləcə də “ABB-İnvest” və “Xalq Kapital” QSC-lərin sahibləri banklardır.
“Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin səhmdarları 2 xarici invstisiya şirkəti, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin səhmdarı isə daxil olduğu eyni adlı holdinqdir.
№ | İnvestisiya
şirkətinin adı |
Şirkətin təşkilati hüquqi forması | Şirkətin fəaliyyətə başladığı il | Şirkətin nizamnamə kapitalı (manatla) | Şirkətin səhmdar(lar)I |
1 | ABB-İnvest | QSC | 2020 | 3 000 000,00 | 100% – “Azərbaycan Beynəlxalq Bankı” ASC |
2 | Azfinance | QSC | 2014 | 1 550 000,00 | 100% – Abid Məmmədov |
3 | BTB Kapital | ASC | 2018 | 1 000 000,00 | 100% – “Bank BTB” ASC |
4 | CPM-İnvest | QSC | 2021 | 400 000,00 | 100% – Kəmalə Məmmədova |
5 | Xalq Kapital | QSC | 2007 | 420 000,00 | 100% – “Xalq Bank” ASC |
6 | İnvest-AZ | QSC | 2006 | 2 254 590,00 | 74% – Elşən Quliyev,
26% – Ceyhun Abdullayev |
7 | MFX-Trading | ASC | 2020 | 500 000,00 | 40% – Anar Nəbiyev,
34% – Cəmşid Novruzov, 26% – Zərifə Həsənova |
8 | PAŞA Kapital | QSC | 2012 | 300 000,00 | 100% – “PAŞA Holdinq” MMC |
9 | Plato Capital and Co. | ASC | 2002 | 816 000,00 | 99% – “Plato Capital International Limited” investisiya şirkəti (Böyük Britaniya),
1% – “Fubies Bia Investments Limited” investisiya şirkəti (BƏƏ) |
10 | PSG-Kapital | QSC | 2012 | 6 250 000,00 | 100% – Faiq Məmmədov |
11 | Unicapital | ASC | 2007 | 300 000,00 | 100% – “Unibank” ASC |