Azərbaycandan bu ölkəyə yeni qatar açıldı: Gediş pulsuzdurbackend

Azərbaycandan bu ölkəyə yeni qatar açıldı: Gediş pulsuzdur

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətində Təbriz-Culfa və əks istiqamətdə turistlər üçün nəzərdə tutulan turist qatarı istismara verilib.

KONKRET.AZ xəbər verir ki, bunu İranın Azərbaycan Dəmir Yolları İdarəsinin baş direktoru Şapur Arslani deyib.

Ş.Aslaninin sözlərinə görə, turist qatarı Araz Azad Ticarət Zonasının əməkdaşlığı və bölgədə turizmin inkişafı istiqamətində istifadəyə verilib.

Aslani əlavə edib ki, bu qatar gündəlik 5 vaqonla turistləri iki istiqamətdə daşıyacaq.

İdarə rəsmisi bildirib ki, bu qatarla gündəlik 800 nəfər daşınacaq. Qatar yaxın 1 ay ərzində pulsuz işləyəcək və onun hərəkəti pilot layihə xarakteri daşıyacaq.

“Qatar hər gün səhər 07:30-dan Culfa istiqamətində, 19:00-da isə İran Culfasından Təbriz istiqamətində hərəkət edəcək” –deyə o qeyd edib.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*