Azərbaycandan qayıdan hərbçilər Ermənistanda dindirilir.
KONKRET.az xəbər verir ki, bu barədə Sputnik Armeniya-ya İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan məlumat verib.
O bildirib ki, bir gün əvvəl Ermənistana təhvil verilən 5 erməni hərbçi dindirilir.
“Hərbçilər İrəvanın İstintaq Komitəsinin hərbi idarəsindədirlər. Onlar dindirilir. Bundan sonra onların statusu müəyyən olunacaq”, – Tadevosyan deyib.
Xatırladaq ki, ötən gün Azərbaycan erməni hərbçilər Martin Aqramanyan, Aşot Gevorkyan, Feliks Qriqoryan, Varazdat Manukyan və Edik Tigrani Ovsepyanı Ermənistana təhvil verib.
Xuraman Etibarlı,
KONKRET.az
