“Azərbaycanfilm”in rəhbərliyi istefa verdi: “Fəaliyyətsizlik səbəb oldu” backend

"Azərbaycanfilm"in rəhbərliyi istefa verdi: "Fəaliyyətsizlik səbəb oldu" 

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov tutduqları vəzifədən azad ediliblər.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, hər iki şəxsin işdən çıxarılması öz ərizələri əsasında baş verib.

Nazim Hüseynov Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, işdən çıxmasının səbəbləri barədə danışmaq istəməyib.

Adının çəkilməsini istəməyən bir neçə aktyor isə iddia edir ki, onların işdən çıxmasına səbəb kinostudiyanın fəaliyyətsizliyidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*