Azərbaycanı bombalamağı təklif edən Rusiya deputatı ÜZR İSTƏDİ – VİDEObackend

Azərbaycanı bombalamağı təklif edən Rusiya deputatı ÜZR İSTƏDİ - VİDEO

“Azərbaycanın neft sənayesini bombalamaq” bəyanatını verən Rusiya Dövlət Dumasının deputatı Mixail Delyagin üzr istəyib. 

KONKRET.az xəbər verir ki, Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini məsələ ilə bağlı “Qovorit Moskva” radiostansiyasının efirində çıxış edib.

O bildirib ki, fikirləri düzgün anlaşılmayıb və verilişin formatına görə belə davranıb:

“Mənim sözlərimdən qorxan, inciyən və yaxud özünü təhqir olunmuş hesab edən hər kəsdən üzr istəyirəm”.

 

Xatırladaq ki, Mixail Delyaginin bu bəyanatı ilə bağlı Kreml və Rusiya XİN açıqlama yayıb. Deputatın fikirlərinin Rusiyanın siyasi maraqlarına zidd hərəkət və məsuliyyətsizlik olduğunu qətiyyətlə bildiriblər. Mariya Zaxarova isə Rusiya Dövlət Dumasının rəhbərliyi tərəfindən bu cür təxribat xarakterli bəyanatlara müvafiq qiymət veriləcəyini bildirib.

 

Vəsilə İbrahim,

KONKRET.az

 

  • Namiq
    Mart 30, 2022 - 01:40

    Yenə də rus riyakarlığı. Normal şəkildə üzr də istəyə bilmir. “mənim sözlərimdən qorxan ….” deyir. Bu alçaq Rusya iqtidarının əksər hissəsinin demək istədiyini deyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*