“Regionda sülh üçün yeni minaların yerləşdirilməsi dayandırılmalıdır”.
KONKRET.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.
“2020-ci ildə müharibə dayandıqdan sonra hər iki tərəfin (Azərbaycan və Ermənistan – red.) yeni minalar basdırmayacağına dair öhdəlik götürməsi olduqca önəmlidir. Əsas məqsəd olaraq gələcəyə fokuslanmaq lazımdır. Bölgədə sülhü təmin etmək üçün minaları təmizləmək və yeni minalar yerləşdirməmək lazımdır”, – deyə Şarp qeyd edib.
O əlavə edib ki, ölkəsinin BMT-nin İnkişaf Proqramına göstərdiyi yardım sayəsində bir çox britaniyalı ekspert ANAMA-ya dəstəyini nümayiş etdirib: “Minatəmizləmənin əsas elementlərindən biri də bu sahədə qəbul olunan konvensiyalarla bağlıdır. İrəli baxmaq üçün və Azərbaycanın bu sahədə liderliyini göstərmək üçün çox önəmlidir ki, Azərbaycan da bu konvensiyalara qoşulsun”.
