“Azərbaycanın çörəyini yeyirlər, amma vicdanın nə olduğunu bilmirlər” – Xalq şairi dindarları QINADIbackend

"Azərbaycanın çörəyini yeyirlər, amma vicdanın nə olduğunu bilmirlər" - Xalq şairi dindarları QINADI

“Azərbaycanda fəaliyyət göstərən din xadimləri də bu ölkənin vətəndaşıdırlarsa, İranın hansısa əyalət mollasının dövlətimizə qarşı böhtanlarına niyə susurlar?”

KONKRET.az xəbər verir ki, bunu modern.az-a din xadimlərinin İranın Azərbaycana qarşı təxribatlarına laqeyd qalmasından danışarkən xalq şairi Nəriman Həsənzadə deyib.

O bildirib ki, dindarların İranın addımlarına qarşı tutarlı cavab verməməsi təqdirediləsi hal deyil:

“Onlar Azərbaycanın çörəyini yeyirlər, bu ölkədə yaşayırlar, bu ölkədə fəaliyyət göstərir, burdan xeyir götürürlər. Bəs niyə Azərbaycanın haqq səsini müdafiə etmək lazım gələndə susurlar? Bütün dünya bizim ordumuzun qüdrətindən, illərdir işğal altında qalan torpaqlarımızın geri qaytarılmasından, Ali Baş Komandanın iradəsindən danışır, din xadimləri isə torpaqlarımızı işğal edən, məscidlərimizi dağıdan erməniyə “qardaş” deyən farsların tərəfindədir. Farsların Azərbaycana münasibəti ümumiyyətlə pisdir. Bu qədər şəhid vermişik, torpaqlarımızı azad etmişik, heç olmasa şəhidlərimizin ruhuna hörmət bəsləsinlər. Dindarlar bizim içimizdə yaşayırlarsa, bizimlə birlik olmalıdırlar. Azərbaycanın çörəyini yeyirlər, amma vicdanın nə olduğunu bilmirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*