Azərbaycanın “Əsrin müqaviləsi”ndən əldə etdiyi qazanc AÇIQLANIBbackend

Azərbaycanın “Əsrin müqaviləsi”ndən əldə etdiyi qazanc AÇIQLANIB

Konkret.az Modern.az – a istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı YAP-ın İcra katibliyində keçirilən mətbuat konfransında söyləyib:

“Neftçilərin uğuru Azərbaycanın bütün iqtisadiyyatının inkişafının əsas amillərindən biridir. Bütövlükdə Azərbaycanın uğurudur”.

Nazir bildirib ki, “Əsrin müqaviləsi”nin Azərbaycanın ictimai-siyasi həyatında müstəsna xidmətləri olub. Bu müqavilə nəticəsində Xəzərin karbohidrogen resurslarının beynəlxalq bazarlara nəqli başlayıb.

P.Şahbazov vurğulayıb ki, indiyədək “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinə 36 milyard dollar sərmayə qoyulub:

“İndiyədək “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinə 36 milyard dollar sərmayə qoyulub. Prezident İlham Əliyevin iştirakı ilə “Əsrin meqaviləsi”nin müddəti 2049-cu ilədək uzadılıb.

Bu layihə sayəsində Azərbaycan indiyədək 143 milyard dollar gəlir əldə edib. AÇG üzrə bu vaxtadək 492 milyon ton neft, 161 milyard kubmetr qaz hasil edilib.

Cari ilin ötən dövründə isə ölkədə 25,1 milyon ton neft çıxarılıb və bu həcmin 20,9 milyon tonu ixrac edilib.

Respublika üzrə gündəlik neft hasilatı sutkada 765 min barrel olub”, – deyə P.Şahbazov vurğulayıb.

P.Şahbazov bildirib ki, son 25 ildə Azərbaycanda orta hesabla 740 mln. ton neft hasil edilib.  Onun sözlərinə görə, bu dövr ərzində ölkənin neft-qaz sektoruna 101 mlrd. ABŞ dolları məbləğində investisiya qoyulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*