Azərbaycanın sığorta bazarında yığımlar tarixi maksimuma çatdıbackend

Azərbaycanın sığorta bazarında yığımlar tarixi maksimuma çatdı

Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 118,233 mln. manat sığorta haqqı toplanıb və 16,623 mln. manat həcmində ödəniş həyata keçirilib.

KONKRET.az Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstəricilər illik müqayisədə müvafiq olaraq 13,7% artıb və 3,4 dəfə azalıb. Yanvar ayında yığımların səviyyəsi tarixi maksimum yeniləyib. Sonuncu dəfə yığımlar üzrə tarixi maksimum 2020-ci ilin eyni ayında qeydə alınıb – 112,026 mln. manat.

Sığorta ödənişlərinə gəldikdə, yanvarda müştərilərə ödənişlərin həcmi 34 aylıq minimuma enib. Sonuncu dəfə bundan aşağı aylıq göstərici 2019-cu ilin mart ayında qeydə alınıb – 13,118 mln. manat.

Yanvar ayında ölkənin sığorta sektorunda zərərlilik nisbəti 14,1% təşkil edib ki, bu da statistikanın əlçatan olduğu dövr çərçivəsində (2016-2022-ci illər) qeydə alınan ən aşağı nisbətdir. Sonuncu dəfə buna yaxın göstərici 2018-ci ilin aprel ayında olub – 16,8%.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*