Azərbaycanın Xalq artisti koronavirusa yoluxdu – FOTObackend

Azərbaycanın Xalq artisti koronavirusa yoluxdu - FOTO

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov koronavirusa yoluxub.

KONKRET.az xəbər verir ki, bu barədə Yenisabah.az-a rejissor özü bildirib.

O, hazırda müalicəsinin evdə davam etdiyini deyib: “Başqa bir xəstəliklə mübarizə apardığım vaxtda COVİD-ə yoluxdum. 1 həftədir qapını bağlayıb, məni də izolyasiya ediblər, evdən çölə çıxmıram. Gözlənilmədən yoluxdum, fikrimcə, koronavirusa xəstəxanada yoluxdum. Həkimlər deyir ki, bu virus artıq küçələri gəzir, kimi nə vaxt istədi tutur, hansı evə istəsə girir”.

Sənətçi xəstəliyi orta-ağır keçirdiyini qeyd edib: “Xəstəliyi orta-ağır keçirirəm. Axşam bacanağım koronavirusdan dünyasını dəyişdi. O da məndən 1-2 gün öncə yoluxmuşdu. Məndə müalicəyə yatqındır, dərmanları içdikcə yavaş-yavaş düzəlirəm. Hər şey əcəllədir, əcəl tamam olubsa, COVİD boş şeydir. Heydər Əliyev Fondu sağ olsun, mənim üçün tibb bacısı ayırıblar, müalicəmi evdə davam edirəm”.

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*