“Sərhəddə nisbi sakitlik hökm sürür, lakin qarşı tərəfin xoş niyyətinə güvənmək olmaz”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Ermənistan indi istənilən proseslərə hazır olmalıdır.
Qeyd edək ki, Ermənistan Kəlbəcər, Daşkəsən və Zəngilan rayon istiqamətində genişmiqyaslı təxribatlar törədib. Azərbaycan Ordusunun qətiyyəti sayəsində ermənilərin silahlı qrupları məhv edilib.
İqbal Rzayev,
KONKRET.az