Azərbaycanla Ermənistan arasında sülh sazişi may ayında İMZALANACAQbackend

Azərbaycanla Ermənistan arasında sülh sazişi may ayında İMZALANACAQ

“Əgər hər şey normal olsa, Azərbaycanla saziş may ayında imzalanacaq”.

KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Andranik Ovannisyan bir sıra mənbələrə istinadən bildirib. O deyib ki, aprelin 4-dən etibarən Paşinyanın fərmanı ilə Ermənistan Xarici İşlər Nazirliyində Azərbaycanla sülh müqaviləsi hazırlayacaq işçi qrup yaradılacaq.

“Sənəd ərazi bütövlüyünün qarşılıqlı tanınmasına, bir-birinə ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqinə və Ermənistanla Azərbaycan arasında regional nəqliyyat kommunikasiyalarının blokunun açılmasına istinad edir”, – deyə siyasətçi özünün Teleqram kanalında yazıb.

Ovannisyan “hər işin normada getdiyi halda” sülh sazişinin may ayında imzalanacağını qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*