“Azərbaycanla məsləhətləşmədən, xüsusilə radikal mövzularda addım atmağımız mümkün deyil”.
KONKRET.az xəbər verir ki, bunu “A Haber”ə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Ermənistan yaxınlaşması barədə danışarkən bildirib.
M.Çavuşoğlu bildirib ki, Türkiyə ilə Ermənistan arasında qarşılıqlı səfərlərin olması mümkündür, amma bunu Azərbaycan da dəstəkləməlidir:
“Önəmli olan bunu Azərbaycanın dəstəkləməsidir. Bakıya son səfərimizdə cənab İlham Əliyev də tam şəkildə bizi dəstəklədiyini bildirdi. Bütün mərhələləri məsləhətləşirik. Bu, belə olmalıdır və keçmişdən dərs alınmalıdır. Azərbaycanla məsləhətləşmədən, xüsusilə radikal mövzularda addım atmağımız mümkün deyil”.
Vəsilə İbrahim,
KONKRET.az
