Anar və anasının işgəncə verdiyi uşaq danışdı: “Əllərimi çəngəllə deşdilər, qardaşımı isə…”backend

Anar və anasının işgəncə verdiyi uşaq danışdı: "Əllərimi çəngəllə deşdilər, qardaşımı isə..." - FOTO

Rusiyanın İrkutsk vilayətində azərbaycanlı ailə uşaq evindən götürülən uşaqlara işgəncə verib.

KONKRET.az lent.az-a istinadən xəbər verir ki, uşaq evinin müəllimi işgəncələrdən xəbər tutandan sonra uşaqlar azərbaycanlıların əlindən alınıb. Məlumatlar qəyyumluq orqanına verilib.

“Anar əmi cəza olaraq məni və qardaşımın ombasını evdə qızdırılan radiatorun yanına qoydu. Dedim ki, məni incitdi, amma yenə də ordan ayrılmağa icazə vermədi” – zərərçəkən azyaşlı bildirib.

Qeyd olunur ki, Anar bu əməllərini İrkustk şəhərindəki uşaq bağçalarından birində müəllim işləyən anası Durlabika ilə birgə edib. Ana-bala uşaqların əllərini çəngəllə deşərək, qızdırılan radiatorun yanında dayanmağa məcbur ediblər.

Yoxlamanın nəticələrinə əsasən, Durlabika və oğlu Anardan qəyyumluq dərhal  alınıb. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 117-ci maddəsilə cinayət işi başlanıb.

Qeyd olunur ki, hazırda uşaqlar başqa ailədədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*