Azərbaycanlı diplomat musiqiçiləri döydü – erməni mahnısı oxuduqlarına görəbackend

Azərbaycanlı diplomat musiqiçiləri döydü – erməni mahnısı oxuduqlarına görə

Gürcüstanın paytaxtı Tiflisdə “Qəbələ” restoranında musiqiçilər döyülüb.

KONKRET.az xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Vüqar Məmmədov azərbaycanlı musiqiçilərin ifa etdiyi erməni mahnısını həzm edə bilməyib və onları döyüb.

Azərbaycanlı musiqiçi Afik Novruzov bildirib ki, həmin restoranda fərqli millətlərdən olan müştərilər olduğuna görə müxtəlif xalqlara məxsus mahnılar səsləndirilir. Erməni Arsen Şaxuntsın rus dilində yazdığı “Devoçka, STOP!” mahnısı da sifariş edilən mahnıların siyahısında yer alıb.

Azərbaycanlı diplomat məhz bu mahnını səsləndirdikləri üçün musiqiçiləri təhqir edib və onları döyüb. Hadisə yerinə gələn polis Vüqar Məmmədovun diplomatik toxunulmazlığı üzündən onu saxlaya bilməyib.

Azərbaycan musiqiçiləri diplomatın işdən azad edilməsini tələb edirlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*