Azərbaycanlı futbolçular üçün Çempionlar Liqasında rəqib müəyyənləşdibackend

Azərbaycanlı futbolçular üçün Çempionlar Liqasında rəqib müəyyənləşdi

İsveçrənin Nyon şəhərində qadınlar arasında UEFA Çempionlar Liqasının püşkatma mərasimi keçirilib.

KONKRET.az-ın məlumatına görə, Azərbaycan millisinin futbolçuları Jalə Məhsimova və Kristina Bakarandzenin çıxış etdiyi Türkiyənin “ALG Spor” klubu 11-ci qrupa düşüb. Qaziantep təmsilçisi mini-turnirin Çempionlar Yolu üzrə yarımfinalında Norveç “Brann”ının qonağı olacaq. Cütün qalibi finalda Serbiyanın “Spartak Subotitsa” komandası ilə üz-üzə gələcək. Oyunlar müvafiq olaraq, avqustun 18-də və 21-də olacaq.

Çempionlar Yolu və Liqa Yolu üzrə mini-turnirin ümumilikdə 15 qalibinə ikinci mərhələdə daha 9 komanda qoşulacaq. Beləliklə, qrup mərhələsinə 12 vəsiqə uğrunda mübarizə gedəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*