Azərbaycanlı professor dünyasını dəyişdibackend

Azərbaycanlı professor dünyasını dəyişdi

UNEC-in “İstehlak mallarının ekspertizası” kafedrasının müdiri Həsənov Əli Pənah oğlu vəfat edib.

KONKRET.az xəbər verir ki, professor 87 yaşında dünyasını dəyişib.

Əli Həsənov 1937-ci il dekabr ayının 31-də Beyləqan rayonunda anadan olub

150-dən çox elmi əsərin, o cümlədən 27 dərsliyin, dərs vəsaitinin və monoqrafiyanın müəllifidir.

2010-cu ildə AR Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı, 2011-ci ildə isə “Şöhrət” ordeni ilə təltif olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*