Bu il 591 Azərbaycan vətəndaşı Ukraynada daimi yaşamaq icazəsi alıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Miqrasiya Xidməti bildirib.
“Bu il yanvarın 1-dən noyabrın 1-dək 591 Azərbaycan vətəndaşı Ukraynada daimi yaşamaq üçün icazə alıb. Həmin dövrdə 1291 nəfər müvəqqəti yaşamaq üçün icazə alıb”, – məlumatda deyilir.