Azərbaycanlılar Türkiyədən ən çox mənzil alan əcnəbilər siyahısındabackend

Azərbaycanlılar Türkiyədən ən çox mənzil alan əcnəbilər siyahısında 

Türkiyə Statistika Qurumu (TÜİK) ölkədə mənzil satışına dair 2019-cu ilin göstəricilərini yayımlayıb.

KONKRET.az Virtualorg.az-a istinadən bildirir ki, əcnəbi vətəndaşlara satılan mənzillərin miqdarı ötən illə müqayisədə, 14.7 faiz artıb. Əcnəbi vətəndaşlar Türkiyənin ən çox İstanbul, Antalya, Ankara və Bursa şəhərlərində mənzil sahibi olublar.

Türkiyədən ən çox mənzil alan əcnəbilər İraq vətəndaşları olub. İraq vətəndaşları qardaş ölkədən 7 596 mənzil alıb. İkinci pilləni 5 423 mənzillə İran, üçüncü pilləni isə 2 893 mənzil alan Rusiya vətəndaşları tutub. Vətəndaşları 2 208 mənzil alan Səudiyyə Ərəbistanı dördüncü, 2 191 mənzil alan Əfqanıstan isə beşinci olub.

Türkiyənin mənzil bazarına, həmçinin, Azərbaycan vətəndaşları da maraq göstərib. Azərbaycan vətəndaşları 2019-cu ildə Türkiyədən 1191 mənzil almaqla sözügedən göstəricidə 11-ci olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*