“Azərişıq” ASC-nin əməkdaşı xidmət zamanı dünyasını dəyişdi.
KONKRET.az Nocomment.az-a istinadən xəbər verir ki, bu gün saat 14:00 radələrində Xaçmaz Elektrik Şəbəkəsinin əməkdaşı 1965-ci il təvəllüdlü Rəhmanov Kamran Rəhim oğlu xidməti fəaliyyətdə olan zaman huşunu itirərək yerə yıxılıb.
Ətrafdakı insanlar təcili yardım çağırsalar da, həkimlərin müdaxiləsinə qədər o, dünyasını dəyişib.
Kamran Rəhmanov Xaçmaz Elektrik Şəbəkəsində elektrik montyoru vəzifəsində çalışırdı. Mərhumun meyiti müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.
