“Azərkosmos” ən çox hansı ölkələrə xidmət göstərib?backend

“Azərkosmos” ən çox hansı ölkələrə xidmət göstərib?

Cari ilin yanvar-sentyabr aylarında “Azərkosmos” ASC tərəfindən ən çox xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilən ölkələr sırasında ABŞ birincidir.

KONKRET.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, “Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin ilk beşliyində 9,6 milyon ABŞ dolları ilə ABŞ, 7,2 milyon ABŞ dolları ilə Fransa, 6,6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,7 milyon ABŞ dolları ilə Malayziya və 1,3 milyon ABŞ dolları ilə BƏƏ qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*