AzTV-nin keçmiş sədr müavini dünyasını dəyişdibackend

AzTV-nin keçmiş sədr müavini dünyasını dəyişdi

Azərbaycan Televiziya və Radio Verilişlləri Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədr müavini, tanınmış telejurnalist Cavanşir Cahangirov dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, o, uzun müddət xəstəlikdən əziyyət çəkirmiş.

Xatırladaq ki, əməkdar jurnalist Cavanşir Canahgirov vaxtilə populyar olan “Çay dəstgahı” verilişinin müəllifi və aparıcısı kimi tanınıb.

Haşiyə: Cavanşir Muradxan oğlu Cahangirov 30 oktyabrda 1955-ci ildə Bakıda anadan olub. 1962-1972-ci illərdə Bakıdakı 172 saylı orta məktəbdə təhsil alıb. 1982-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1983-cü ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor kimi fəaliyyətə başlayıb. 1986-1992-ci illərdə “Gənclik” redaksiyasında baş redaktor olub. 2009-cu ildən 2015-ci ilə kimi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb. Hazırda isə Azərbaycan Radiosunun proqram direktorunun müavini və Teleradio Akademiyasının müəllimi vəzifələrində çalışırdı.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*