Babayan ABŞ Konqresində SƏRSƏMLƏDİ: “Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq”backend

Babayan ABŞ Konqresində SƏRSƏMLƏDİ: "Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq"

David Babayan ABŞ Konqresində Azərbaycana qarşı çıxış edib.

KONKRET.az xəbər verir ki, sentyabrın 19-da Qarabağdakı qondarma rejimin “xarici siyasət departamentinin rəhbəri” David Babayan ABŞ Konqresində ABŞ-ın Şərq Dairəsinin Ay Date Komissiyası, Amerika Erməni Assambleyası tərəfindən təşkil olunmuş tədbirdə çıxış edib.

Babayan çıxışında Qafqazda hadisələrin mümkün inkişafı, Qarabağdakı mövcud vəziyyət barədə cəfəngiyatlarını çatdırıb.

“Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Xankəndinin mövqeyi dəyişməz qalıb. Biz ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağın tam iştirakı ilə sülh danışıqları prosesinə böyük əhəmiyyət veririk.

Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq. Azərbaycan, Türkiyə və beynəlxalq terrorçuların Qarabağa münasibətində təcavüzkar və soyqırım siyasətinin ciddi çağırışları var”, – deyə Babayan çərənləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*