Bakı aeroportunda sistemdə problem yarandı – VİDEObackend

Bakı aeroportunda sistemdə problem yarandı - VİDEO

Heydər Əliyev Beynəlxalq Aeroportu​na eniş edən sərnişinlər sıxlıqla üzləşib.

KONKRET.az xəbər verir ki, buna səbəb Dövlət Sərhəd Xidmətinin sistemində yaranan problem olub. Belə ki, DSX-nin yoxlama məntəqələri gələn şəxslərlə bağlı məlumatları elektron sistemə daxil edə bilmədiyindən insanlar gözləməyə məcbur olub.

Bu da pasport yoxlama məntəqəsinin önündə uzun növbə yaradıb.

Yenicə əldə etdiyimiz məlumata görə isə problem aradan qaldırılıb. Hazırda sərnişinlərin növbəli şəkildə yoxlanış məntəqəsindən buraxılmasına başlanılıb.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*