Bakı-Gəncə qatarının hərəkəti BƏRPA OLUNURbackend

Bakı-Gəncə qatarının hərəkəti BƏRPA OLUNUR

19 mart tarixindən etibarən Bakı-Gəncə sürət qatarının hərəkəti bərpa olunacaq.

Bu barədə KONKRET.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Qeyd olunub ki, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə qatar gündəlik əsasda fəaliyyət göstərəcək. Bakıdan 08:00-da yola düşən və Gəncəyə 11:40-da çatan qatar həmin gün 18:00-da Gəncədən çıxacaq və 21:35-də Bakıda olacaq.

Gəncə istiqamətində yolda olma müddəti 3 saat 40 dəqiqə, Bakıya dönüşdə isə 3 saat 35 dəqiqə təşkil edəcək.

Bakı-Gəncə qatarına biletlərin satışına bu gündən start verilib. Bilet alışı zamanı yaşı 18-dən yuxarı olan sərnişinlərdən peyvənd sertifikatı, əks-göstəriş sertifikatı və ya immunitet sertifikatı tələb olunur. Sərnişinlər qatarda olarkən tibbi maskalardan istifadə etməlidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*