“Prezident İlham Əliyevin hakim “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedyevə göndərdiyi məktubda bu partiyanın üzvü Vitali Milonovun Xankəndinə qanunsuz səfəri ilə bağlı etiraz bildirməsi Kremlə ciddi mesajdır”.
Bu barədə KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə fikir səsləndirib. O bildirib ki, Rusiya etnik ermənilərin yaşadığı kiçik bir ərazidə qondarma “rus icmasi” yaradıb: “Burada Rusiyanin elm və mədəniyyət xadimlərinin abidələrini ucaldıb. Baş verənlər təbii ki, rəsmi Bakını narahat etməyə bilməz. Rusiya Dumasının bir neçə üzvü Xankəndini “su yolu”na çeviriblər. Burada “rus icması” təsis etməklə Azərbaycanın suverenliyinə bir təhdid yaradırlar. Bu baxımdan Prezidentin etiraz məktubunu Moskvaya xəbərdarlıq kimi qiymətləndirmək olar”.

Politoloq əlavə edib ki, Rusiya Qarabağda sülhməramlı qüvvələrin məsuliyyət zonasında “ruslaşdrıma” siyasəti aparmağa cəhd göstərir:. “Prezidentin məktubu Kremlin Qarabağdakı “hoqqalarına” son verilməsi üçün Bakının hərəkətə keçəcəyinin mesajıdır” – deyə politoloq fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az

vaxt yetişdi …rus donuzları bu torpaqları tərk etməlidir