Bakı ilə İrəvan arasında danışıqlar niyə dayandırıldı? – Qriqoryandan açıqlamabackend

Bakı ilə İrəvan arasında danışıqlar niyə dayandırıldı? - Qriqoryandan açıqlama

“Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində demarkasiya və delimitasiya komissiyalarının nümayəndələri iyulun 12-də sonuncu dəfə görüşüblər”.

KONKRET.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.

Görüşlərin niyə dayandırıldığı barədə sualı cavablandıran Qriqoryan qeyd edib:

“Son iclasda qərara alındı ​​ki, prosessual məsələlər müzakirə olunur. Hesab edirəm ki, ilk növbədə əməkdaşlığın formatı və forması razılaşdırılmalı, tənzimlənməlidir, sonra görüşlər olacaq”.

Sülh müqaviləsinin ilin sonuna qədər bağlanıb-bağlanmayacağı ilə bağlı da sualı cavablandıran baş nazirin müavini dəqiq tarix deyə bilməyəcəyini söyləyib./Axar.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*