Bakı məktəbində qızları oğurladığı deyilən qadınla bağlı polisdən açıqlama – FOTObackend

Bakı məktəbində qızları oğurladığı deyilən qadınla bağlı polisdən açıqlama - FOTO

Bakıda orta məktəbin qarşısında uşaqları oğurlayan qadının olması ilə bağlı məlumatlar Bakı şəhər Baş Polis İdarəsi tərəfindən nəzarətə götürülüb.

KONKRET.AZ xəbər verir ki, İdarənin Mətbuat xidmətinin rəisi, polis mayoru, Elşad Hacıyev Trend-ə bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar Bakı şəhər Baş Polis İdarəsinin nəzarətinə götürülüb: “Tərəfimizdən müvafiq araşdırmalar aparılır”.

Xatırladaq ki, “whatsapp” sosial şəbəkəsində Bakıda uşaq oğurlamaqla məşğul olan qadının fotosu paylaşılıb.

Paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbin həyətində təxminən 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları aldadaraq oğurlamaq istəyib.

Bildirilib ki, qadından başqa, məktəbin qarşısında avtomobildə bir neçə kişi də olub. Həmin şəxslərin qadınla əlbir olduqları iddia edilir.

Ərazidə olan valideynlər qadına mane olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*