Bakı metrosunda gedişhaqqı 50 qəpik olacaq?backend

Bakı metrosunda gedişhaqqı 50 qəpik olacaq?

Bakı metrosunda gedişhaqqının artırılacağı ilə bağlı məlumatlar yayılıb.

KONKRET.az-ın məlumatına görə, sosial şəbəkələrdə gedişhaqqının 30 qəpikdən 50 qəpiyə qalxacağı iddia edilir.

Pravda.az “Bakı Metropoliteni” QSC-yə qurumun Tarif Şurasına müraciət edib-etmədiyi ilə bağlı bir neçə gün əvvəl sorğu göndərsə də, cavablandırılmayıb.

İyunun 25-də bildirilib ki, sorğuya yaxın vaxtlarda cavab veriləcək.

Qeyd: “İnformasiya əldə etmək haqqında” qanunun 24-cü (İnformasiya sorğusunun icra müddəti) maddəsinə əsasən, informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*