Azərbaycanda evdən 3 kişi meyiti tapıldı – RƏSMİ / YENİLƏNİBbackend

Azərbaycanda evdən 3 kişi meyiti tapıldı - RƏSMİ / YENİLƏNİB

Azərbaycan Respublikasının Baş Prokurorluğu Abşeron rayonunda üç nəfərin dəm qazından zəhərlənərək ölməsi ilə bağlı KİV-lərdən daxil olan sorğuya münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən KONKRET.az-a bildiriblər ki, yanvarın 6-da Abşeron rayonu ərazisində 1965-ci il təvəllüdlü Gülağa Əliyevin, 1966-cı il təvəllüdlü Akif Nərimanovun və 1981-ci il təvəllüdlü Elşən Alışovun kirayə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölmələri müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

07.01.2022  23:46

Bakıda 3 nəfər dəm qazından zəhərlənib.

KONKRET.az xəbər verir ki, hadisə Binəqədi rayonunda olub.

Binəqədi qəsəbəsində 1998-ci il təvəllüdlü Seyidov İbrahim Mübariz oğlu, Rəsulzadə qəsəbəsində 1973-cü il təvəllüdlü Cəfərova Səbinə Müzəffər qızı, 9-cu mikrorayon ərazisində 1994-cü il təvəllüdlü Bağırova Elmina Xocabəy qızı dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır. Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*