Bakıda ölüm hadisəsi baş verib.
KONKRET.AZ APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.
Rayon sakini, 1987-cı il təvəllüdlü Məmmədova Lətifə Tarverdi qızının meyiti yaşadığı evdə aşkarlanıb.
Meyitin ilkin müayinəsi zamanı L.Məmmədovanın dəm qazından boğularaq öldüyü məlum olub.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.