Bakıda avtobuslar sürüşərək toqquşdu – FOTObackend

Bakıda avtobuslar sürüşərək toqquşdu - FOTO

Suraxanı rayonu, Hövsan qəsəbəsində yolların sürüşkən olması səbəbindən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

KONKRET.az bildirir ki, AYNA-ya məxsus 121E nömrəli marşrut xətti üzrə Hövsan-Əhmədli istiqamətində hərəkətdə olan avtobus idarəetməni itirərək 210 nömrəli avtobusla toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Avtobuslarda olan sərnişinlərin təhlükəsizliyi təmin edilib. Qəzanın baş verməsinə səbəb kimi yol örtüyünün sürüşkən olması göstərilib.

(sfera.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*