backend

Bakıda avtomobil 32 yaşlı qadını vurdu

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

KONKRET.AZ bildirir ki, qəza metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında qeydə alınıb.

Taksi fəaliyyəti göstərən minik avtomobili yolu keçmək istəyən 1987-ci il təvəllüdlü Quliyeva Məryəm Rəhim qızını vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*