Bakıda avtomobil aşdı, 4 nəfər xəsarət alıb – FOTObackend

Bakıda avtomobil aşdı, 4 nəfər xəsarət alıb - FOTO

Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, hadisə İzmir küçəsində qeydə alınıb.

Belə ki, “AzSamand” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın yol kənarındakı betona çırpılıb.

Zərbənin gücündən nəqliyyat vasitəsi aşıb. Qəza nəticəsində avtomobilin üç sərnişini və sürücü xəsarət alıb. Yaralılar 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*