Bakıda çoxmərtəbəli binada yanğın oldubackend

Bakıda çoxmərtəbəli binada yanğın oldu

Bakının Xətai rayonunda yerləşən çoxmərtəbəli binada yanğın baş verib.

KONKRET.az xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

İlkin məlumata görə, yanğın yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzilin balkonunda qeydə alınıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*