Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildibackend

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Qara dənizdə Somali bayrağı altında üzən “BETUL 8” adlı yük gəmisi Bolqarıstan sahillərində batıb.

KONKRET.az modern.az-a istinadla xəbər verir ki, Rumıniyadan Misirə 3 min ton buğda daşıyan gəmidə 8 Türkiyə və 4 Azərbaycan vətəndaşı olmaqla, 12 nəfər olub.

Bolqarıstan, Rumıniya və Türkiyənin iştirakı ilə keçirilən xilasetmə əməliyyatı nəticəsində ekipajın bütün üzvləri sağ xilas edilib.

İlkin məlumatlara əsasən, gəmidə partlayış baş verdikdən sonra o, batıb. Partlayışın dəniz minasından və ya pilotsuz uçuş aparatının hücumundan qaynaqlana biləcəyi ehtimalları araşdırılır. Hadisənin dəqiq səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, 1988-ci ildə inşa edilən “BETUL 8” yük gəmisi Marshall adalarında qeydiyyatdan keçmiş “Optimus Marine” şirkətinə məxsusdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*