Bakıda daha bir “KamAZ” faciəsi – Maşın icra hakimiyyətinə məxsusdurbackend

Bakıda daha bir "KamAZ" faciəsi - Maşın icra hakimiyyətinə məxsusdur

Bakıda yük maşını piyadanı vurub öldürüb.

KONKRET.AZ xəbər verir ki, hadisə paytaxtın Binəqədi-Novxanı yolunda baş verib.

Qobustan rayon sakini, 1995-ci il təvəllüdlü Mikayılov Bəhram Bəhruz oğlu idarə etdiyi “KamAZ” markalı 90 AM 058 dövlət nömrə nişanlı, Binəqədi rayon İcra Hakimiyyətinin “Kommunal Xidmətlər Müəssisəsi” MMC-yə məxsus yük avtomobilini idarə edərkən yolu keçən naməlum kişini vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*