Bakıda daha bir qəza: “BMW X5” dərəyə yuvarlandı – VİDEObackend

Bakıda daha bir qəza: "BMW X5" dərəyə yuvarlandı - VİDEO

Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.AZ xəbər verir ki, hadisə Bakı Dairəvi-1 yolunda qeydə alınıb.

Səhər saatlarında adıçəkilən yol ilə hərəkətdə olan 41-BC-069 dövlət nömrəli “BMW X5” markalı minik maşını idarəetməni itirərək yoldan çıxıb. Yüksəklikdən dərəyə yuvarlanan avtomobil yararsız vəziyyətə düşüb.

Şahidlərin bildirdiyinə görə, hadisədə ciddi xəsarət alan olmayıb.

Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*