2022-ci ildə Bakı şəhərində rəsmi qeydiyyatda olan 14532 nəfər dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsinin məlumatında bildirilib.
Paytaxt əhalisi arasında ölümün əsas səbəbləri aşağıdakılar olub:
– bəzi infeksion və parazitar xəstəliklərdən – 774 nəfər;
– yenitörəmələrdən – 2059 nəfər;
– qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlardan – 11 nəfər;
– endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozğunluqlarından – 49 nəfər;
– sinir sistemi xəstəliklərindən – 835 nəfər;
– qan dövranı sisteminin xəstəliklərindən – 7880 nəfər;
– tənəffüs sistemi xəstəliklərindən – 377 nəfər;
– həzm sisteminin xəstəliklərindən – 450 nəfər;
– dəri və dərialtı toxumanın xəstəliklərindən – 5 nəfər;
– sümük əzələ sisteminin və birləşdirici toxumanın xəstəliklərindən – 1 nəfər;
– sidik-cinsiyyət sisteminin xəstəliklərindən – 174 nəfər;
– hamiləlik, doğuş və zahılıq dövründə – 2 nəfər;
– perinatal dövrdə meydana çıxan bəzi hallardan – 70 nəfər;
– anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqlarından – 28 nəfər;
– klinik və laborator müayinələrdə aşkar edilən simptomlar,əlamətlər və normadan kənaraçıxmalardan – 1199 nəfər;
– travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələrindən – 618 nəfər.//Modern.az
