Bakıda evdən 15 min manatlıq qızıl-zinət əşyaları oğurlandıbackend

Bakıda evdən 15 min manatlıq qızıl-zinət əşyaları oğurlandı

Bakının Xətai rayonu ərazisində evlərin birindən 15 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

KONKRET.az xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və dələduzluğa görə məhkum olunmuş Taleh Salmanov müəyyən olunaraq saxlanılıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*